Sumqayıtda 4 tələbə dönərdən zəhərləndi


14:12     12 Oktyabr 2018 doner_5412.jpg

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.



Femida.az Report-a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 649