Qadın qonşusu tərəfindən amansızlıqla döyüldü


14:27     12 Oktyabr 2018 bogub%20qadin%20tutulub%20arvadini.jpg

Tovuzda qadın qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Sadıqova Şələ Nəriman qızı qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.

Qadın bədəninin müxtəlif hissələrinin ağır xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 438