Həbibi geridə qoyan yeganə döyüşçünün iztirablı həyatı: Anası atasını güllələdi,qızı qəzada öldü


14:34     12 Oktyabr 2018 18_10_12_1539340346.jpg

ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanaraq, çempion titulunu qoruyan Həbib Nurməhəmmədov günlərdir mətbuatın əsas mövzusudur.


Femida.az xəbər verir ki, Həbib Nurməhəmmədov bu qələbədən sonra dünya reytinqində 8-ci pillədən ikinci pilləyə yüksəlib.Bu vaxta qədər peşəkar döyüşdə bir dəfə də olsun uduzmayan Həbib Nurməhəmmədovu üstələyən idmançı kimdir?


Femida.az xəbər verir ki, Həbib Nurməhəmmədov amerikalı Deniel Kormyedən geri qalır. Bəs Deniel Korme kimdir?Hansı uğurları var?

Deniel Rayn Korme 1979-cu ildə ABŞ-ın Luizana ştatında anadan olub.O, ABŞ-ın qaydasız döyüş üzrə yığma komandasının eks üzvüdür və ağır çəkidə ən çox qələbə qazanan idmançı kimi hələlik liderdir. Korme sərbəst güləş üzrə 2004 və 2008-ci ildə keçirilən Olimpiya oyunlarının iştirakçısıdır.


Daniel Kormenin ailə həyatı da maraqlıdır.

Danielin bir bacısı və qardaşı var.Atası 1986-cı ildə Daniel hələ 7 yaşında olarkən arvadı tərəfindən güllələnərək öldürülür. Bu hadisə balaca Danielə pis təsir etdiyindən uzun müddət ətraf mühitdən kənarlaşır. Yaşadıqları bağda gərgin məşqlərə başlayır. O, sərbəst güləşçi kimi idmana başlayır. Yerli yarışlarda bir sıra qələbələr qazanan idmançının ən böyük arzusu Olimpiyadada iştirak etmək idi. Gərgin məşqlər zamanı Daniel həyatın daha bir acı surprizi ilə qarşılaşır. Belə ki, Danielin sevimli qızı Keyden avtomobil qəzasında dünyasını dəyişir. Bu hadisədən sonra böyük sarsıntı keçirən Daniel yarışa getməkdən imtina etmək istəsə də, federasiya buna icazə vermir. Hadisəni törədən şəxslər isə Danielin yaxın dostları idi. Bu ona əlavə dərd gətirmişdi. Bu günə qədər dünyanın ən güclüsü hesab edilən döyüşçü əziz qızını itirməklə barışa bilmir.

Bu gün Danieli qızı ilə bağlı təsəlli verəcək qəribə bir hal var.O, ən çətin vaxtlarında Xizer Xedlinin " I wish I wasnot" mahnısını dinləyəndə sakitlik tapır. Bunun da maraqlı tarixçəsi var. Qəzada ölən qızı hələ uşaq ikən ağlayan zaman Daniel bu mahnını səsləndirərkən balaca qız ağlamağı unudar və gülümsəyərdi. Bunun səbəbini isə heç kəs bilməzdi...

Daniel müsahibələrinin birində bu tarixçə ilə bağlı "qızım ağlayan zaman onu sakitləşdirən mahnı bu gün məni ağlamaqdan xilas edir", fikirlərini söyləyir.

Daniel ağır depresiyadan sonra Olimpiyadaya yollanır. O, həmin illərdə sərbəst güləş üzrə döyüşürdü. Daniel finala qədər yüksəlsə də, finalda İran idmançısı Hacımurat Qaçalov qızıl medalı qazanır. 2008-ci ilin Olimpiya Oyunlarında da o arzusuna çata bilmir. Buna baxmayaraq həyat davam edirdi.Danielin qarşısına qoyduğu əsas məsələ Olimpiyadada qızıl medalı qazanmaq idi. Amma o arzusuna çata bilməyəcəkdi. Çünki aldığı zədə ciddi idi. Bu səbəbdən də O, sərbəst güləşdən getməli olur. Bir müddət Daniel işsiz qalır.




Güləşdən qaydasız döyüşə...

Onun qaydasız döyüşə gəlməsində dostu "Kinq Mo" ləqəbli dostu Məhəmmədin böyük rolu olub.Amma böyük yarışlara qatılmaq üçün Danielə maliyyə lazım idi. Buna isə onun imkanı çatmırdı.Böyük maliyyə problemləri olmasına baxmayaraq Daniel 2009-cu ildən yarışlara qoşuldu. O, ilk döyüşdə Qeyri Freyzeri nakauta salmaqla ilk qələbəsini qazandı. Daha sonra o ağır çəkidə çempionluq üçün döyüşə çıxır. 2011-ci ildə heç kəsin gözləmədiyi halda o rəqibini nakauta salaraq qalib olur. Bununla da dünyada Daniel əfsanəsi dövrü başlayır.Sonraki illərdə bir sıra yarışların qalibi olmaqla ilk pillələrə qədər yüksəlir.

2017-ci ilin iyulunda Danielin həyatında mühüm döyüş olur.O, nüfuzlu Consla qarşılaşmalı idi. Amma bu döyüş baş tutmur. Rəqibin qanında tapılan dopinq kəmərin Danielin əlində qalmasına şərait yaradır.




Danielin adını daşıyan oğlu və MARAQLI HADİSƏ...

2011-ci ildə Danielin Salina ilə münasibətdən oğlu dünyaya gəlir.Uşağın xəstəxanadan çıxarıldığı gün güclü yağış yağır. Bu hadisə onu bərk əsəbləşdirir.Çünki qəzada ölən qızı Keydeni də xəstəxanadan çıxaran gün belə güclü yağış yağmışdı. Daniel təsadüfi hadisədən çox sarsılmışdı.Elə bu zaman radioda gözlənilmədən onun qəzada ölən qızının sevdiyi “I Wish I Wasn’t” mahnısı sələnir. Hər şey təsadüf idi...




Bu cür çətin həyata baxmayaraq Daniel Korme dünya reytinqində birincliyi qoruyur və əfsanə olaraq qalır.




Miri Məcidli

Açar sözlər: #Həbib_Nurməhəmmədov   #Dağıstan   vRusiya   #Video   #qaydasız_döyüş   #ABŞ   #Korne_Daniel  

Oxunub: 10772