Azərbaycan Monqolustana ixrac missiyası göndərdi


15:24     12 Oktyabr 2018 salamlasma.jpg

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) xəttilə Monqolustana ixrac missiyası təşkil edilib.


Femida.az xəbər verir ki, Trend-ə bu barədə etibarlı mənbədən bildiriblər.

Mənbənin sözlərinə görə, tərkibinə təxminən 20 iri şirkət nümayəndəsinin daxil olduğu ixrac missiyası Ulan-Batora səfər edəcək.

Mənbə bildirib: "Gələn həftənin əvvəlində missiyanın səfəri çərçivəsində Azərbaycan-Monqolustann biznes-forumu, eləcə də iki ölkə rəsmilərinin görüşləri, həmçinin biznes strukturlarının nümayəndələri arasında B2B görüşlər keçiriləcək.

Tərəflər Azərbaycan və Monqolustan sahibkarları arasında Azərbaycan məhsullarının bu ölkəyə ixrac edilməsi imkanlarının genişləndirilməsini müzakirə edəcəklər".

Femida.az



Açar sözlər:

Oxunub: 469