Seysmoloji Xidmət Mərkəzi sürüşmə ilə bağlı problemləri araşdırmağa başladı


16:51     12 Oktyabr 2018 xsurusme.jpg.pagespeed.ic.Dfue37anXr.jpg

Bakı şəhərinin Səbail rayonunda Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.


Femida.az xəbər verir ki, Mərkəzin İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, sürüşmənin istiqaməti, sürüşməyə məruz qalan ərazinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 328


Oxşar xəbərlər