Yazıçılar Birliyində yeni qurum yaradıldı


18:43     12 Oktyabr 2018 azerbaycan_yazicilar_birliyi_00.jpg

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Səhnə" yaradıcılıq qurumu fəaliyyətə başlayıb.



Femida.az xəbər verir ki, bu barədə AYB-nin katibi Rəşad Məcid özünün "Facebook" səhifəsində məlumat yayıb.

O deyib ki, Birliyin Gənclər Katibliyi və Dramaturgiya bölməsinin təşəbbüsü ilə yaradılan qurumun əsas məqsədi istedadlı gənc dramaturqların üzə çıxarılmasına qayğı göstərmək və onların formalaşmasını təmin etməkdir.

R.Məcid qeyd edib ki, yeni yaradıcılıq qurumunun üzvləri qarşısında tanınmış söz və sənət adamlarının çıxış, mühazirə və ustad dərslərinin keçirilməsi, habelə müzakirə, diskussiya və debatların təşkili nəzərdə tutulur: "Səhnə" yaradıcılıq qurumunun tədbirlərində dramaturgiyaya marağı olan şəxslər, o cümlədən ssenarist və rejissorlar iştirak edə bilərlər. Qurum gələcəkdə öz “praktik-vizual” tədbirlərinin bir qismini teatrlarda və kinostudiyalarda reallaşdırmaq niyyətindədir".

Dramaturq Firuz Mustafa yaradıcılıq qurumunun rəhbəri təyin edilib. Məsul katib vəzifəsi isə rejissor Nicat Qəribə həvalə olunub.

Qurumun ilk tədbiri oktyabrın 29-u saat 12-də AYB-nin Natəvan klubunda keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 507