Rahib Branson azadlığa buraxıldı


17:40     12 Oktyabr 2018 18_10_12_1539351877.jpg

Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.

Femida.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, məhkəmə onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.

Qeyd edək ki, məhz keşişin tutulmasına görə, Türkiyə və ABŞ arasındakı siyasi münasibətlər gərginləşmişdi. ABŞ-ın qoyduğu sanksiyalar nəticəsində Türkiyədə dolların məzənnəsi sürətlə yüksəlmiş və bu da cəmiyyətdə etirazlarla qarşılanmışdı.

Femida.az

Açar sözlər: #Türkiyə   #ABŞ   #keşiş   #dünya   #siyasət  

Oxunub: 2876