Nazirlik bu il 3800-dən çox putyovka verib

Nazirlik bu il 3800-dən çox putyovka verib


18:27     12 Oktyabr 2018 18_10_12_1539352343.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il ərzində 3825 sanator-kurort putyovkası verilib.

Femida.az-ın məlumatına görə, sanator-kurort putyovkaları Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında verilir.

Həmçinin əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə bu kateqoriyadan olan 1229 nəfər Lənkəran, Quba və Xaçmaz rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Nazirliyin “Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiyası”nın qərarı əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 1085 nəfərin sosial-məişət problemlərinin həll edilməsinə, 52 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicə olunmasına köməklik göstərilməsi məqsədilə birdəfəlik maddi yardımlar edilib.

Səhiyyə Nazirliyinin “Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyası”nın müvafiq rəyi əsasında 15 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə müvafiq köməklik göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 154