Keşişin azadlığa çıxmasına Trampdan ilk - REAKSİYA


19:30     12 Oktyabr 2018 tramp%20(1).jpg

Türkiyədə həbsdə olan keşiş Endryu Kreyq Bransonun azadlığa buraxılmasından sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə ilk statusunu paylaşıb.

Femida.az xəbər verir ki, Tramp Tvitter səhifəsində Bransonun azadlığı ilə bağlı bunları yazıb:

"Keşiş Branson üçün çox çalışırıq. Dualarım və xoş diləklərim onunladır. Ümid edirəm, ən qısa zamanda sağ-salamat evinə qayıdar”.

Xatırladaq ki, FETÖ və PKK terror təşkilatları ilə əlaqədə günahlandırılan Endryu Türkiyədə ev dustağı idi. Bu səbəbdən iki ölkə arasında münasibətlər gərginləşmiş, ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi.

Açar sözlər:

Oxunub: 396