Zakir Həsənov Özbəkistan prezidentinin qəbulunda


20:46     12 Oktyabr 2018 18_10_12_1539362890.jpg

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının Daşkənddə keçirilən 75-ci iclası çərçivəsində müdafiə nazirlərini qəbul edib.
Femida.az xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.

Özbəkistan Prezidenti qonaqları salamlayaraq bildirib ki, MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası Daşkənddə birinci dəfədir keçirilir. Bu, onu göstərir ki, MDB-nin fəaliyyətində Özbəkistan yeni mərhələnin əsasını qoyub.

Dövlət başçısı bildirib ki, ötən il Özbəkistan MDB ölkələri ilə iqtisadiyyat, energetika, elm, innovasiya, cinayətkarlıqla mübarizə və digər sahələrdə fəal əməkdaşlıq edib.
Görüşdə MDB ölkələri arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bu sahədə ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, peşəkar hərbi kadrların hazırlanması məsələləri də diqqət mərkəzində olub.

Qəbulda beynəlxalq və regional məsələlər, təhlükəsizliyin və sabitliyin qorunması ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Çıxış edən nazirlər ölkələrinin dövlət başçılarının salamlarını və xoş arzularını Prezident Şavkat Mirziyoyevə çatdırıblar. Onlar Özbəkistanda bütün sahələrdə həyata keçirilən islahatları, həmçinin Silahlı Qüvvələrin modernləşdirilməsi, regionda təhlükəsizliyin, sabitliyin qorunmasını yüksək qiymətləndiriblər.

Açar sözlər:

Oxunub: 351