Badamdarda sürüşmə təhlükəsi davam edir


22:05     12 Oktyabr 2018 2018/01/bayil-surusme_1516862188.jpg

Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun Femida.az-a verdiyi məlumata görə, sürüşmənin dinamikasında aktivlik davam edir.

"Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır", - Ə.Qaralov bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 528