Olimpiya Oyunlarında daha bir medal qazandıq
09:57 13 Oktyabr 2018
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışında mübarizəyə qoşulan gənc idmançımız Tamerxan Babayev gümüş medal qazanıb.
85 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan gənc atlet birdən qaldırma hərəkətində 142 kiloqramı ram edib və bu hərəkətdə ikinci olub. O, təkanla qaldırma hərəkətində də 174 kiloqramın öhdəsindən gələrək ikinci yeri tutub. Yekun nəticədə 316 kiloqram (142 kq+174 kq) nəticə qazanan Tarmenxan Babayev Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb.
Tarmenxan Babayev “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Onun şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018) olan idmançımız altı dəfə yeni rekord müəyyənləşdirib.
Xatırladaq ki, bu, Azərbaycan milli komandasının Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında dördüncü medalıdır. Bundan əvvəl cüdoçu Vüqar Talıbov və gimnast Yelizaveta Luzan qızıl, taekvondoçu Cavad Ağayev isə bürünc medal qazanıblar.
Femida.az
Oxunub: 445
Oxşar xəbərlər
- Olimpiya Festivalında türkiyəli basketbolçu travma aldı
- Olimpiya çempionumuz qızıl medal qazandı - FOTO
- Olimpiya Stadionun yanında avtomobil piyadanı “havaya uçurdu” - FOTO (18+)
- Olimpiya Oyunlarında siqaret çəkmək qadağan olunacaq
- Olimpiya İdman Kompleksinin tikintisinə 12 milyon manat ayrılıb
- Olimpiya kəndində zəlzələ həyacanı - Xəbərdarlıq
- Olimpiya mükafatçısı karyerasını bitirdi - Yeni vəzifə verildi