Bayıldakı sürüşmə davam edir


09:34     13 Oktyabr 2018 trend_surusme_bayil.jpg

Bakı şəhərinin Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Femida.az-a verilən məlumata görə, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

"Ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir".

Qeyd edilib ki, sürüşmə olan yerdə bu dəqiqələrdə torpaq 6-7 metr çöküb.

Femida.az

Açar sözlər:

Oxunub: 469


Oxşar xəbərlər