Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən qovuldu


10:03     13 Oktyabr 2018 18_10_13_1539410689.jpg

Türkiyənin Aydın vilayətinin Sultanhisar rayonunda polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan üç qadın saxlanılıb.



Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sultanhisar rayon Polis Şöbəsinə Atça məhəlləsində Y.P.-ya aid evdə qadınların fahişəliklə məşğul olması barədə məlumat daxil olub.

Səhər saatlarında həyata keçirilən əməliyyatla biri azərbaycanlı olmaqla, üç qadın ələ keçib. Y.P.-nin digər qadınları fahişəliyə cəlb etdiyi müəyyənləşib.

Azərbaycanlı qadın ölkədən deportasiya edilib, digər ikisi isə polis nəzarətindədir.

Açar sözlər: #fahişəlik   #Türkiyə  

Oxunub: 628