Ödənişsiz SMM təlimi başa çatdı


12:02     13 Oktyabr 2018 2018/10/43851592_284617102153740_5008619908011917312_n_1539417795.jpg


"SMM 2018 Business Breakfast" layihəsinin bağlanış mərasimi keçirilib.


Femida.az xəbər verir ki, ASAN Konüllüluk Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən üçüncüsü gerçəkləşən layihə çərçivəsində iştirakçılar üçün 2 aylıq ödənişsiz SMM təlimləri keçirilib, bu sahənin tanınmış mütəxəssisləri ilə görüşlər, təlimlər təşkil olunub.

Həmçinin işgüzar çevrəyə daxil olma, kommunikasiya imkanlarının genişləndirilməsi üçün şirkət rəhbərləri ilə səhər yeməyində birgə iştirak təmin olunub.

Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub və qalib komandaya pul mükafatı verilib.

Layihənin əsas məqsədi sosial media sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara nəzəri və təcrübi tövsiyələr verməkdir.


Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 513