Atletimiz Olimpiya ikincisi oldu


15:39     13 Oktyabr 2018 18_10_13_1539420168.jpg

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir.

Femida.az xəbər verir ki, bu gün oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub.

Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub.

Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Tarmenxan Babayev qazandığı gümüş medaldan sonar açıqlama da verib: “Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə üçün çıxdım. Olimpiada ciddi turnirdi və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir. Yarışın özü də yaxşı keçdi. Ümidim Vətənə qızıl medalla qayıtmaq idi amma gümüş medalla kifayətləndim. Qeyd etmək lazımdı ki, rəqiblərim də güclü idi. Mənə yalznı sona qədər mübarizə aparmaq qalırdı. Çalışdım ki, var gücümü ortaya qoyum. Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm”.

Açar sözlər:

Oxunub: 383