Ərəblər 14 yaşlı geyi öldürdü - (18+VİDEO)


12:47     13 Oktyabr 2018 2018/10/Ahmad-1539415508_1539420512.jpg

İraqda 14 yaşlı Əhməd Məcid Mütairi hədsiz dərəcədə qıza bənzədiyinə görə qətlə yetirilib.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Əhməd Məcid paytaxt Bağdadın Yarmuk ərazisindən evinə gedən yolda naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Qatil ona 7 bıçaq zərbəsi vurub və daha sonra Əhmədin son nəfəsini verdiyi anları videoya çəkərək sosial şəbəkəyə yerləşdirib.




Həmin kadrlarda qatilin qan içərisində olan yeniyetmə ilə məzələndiyi və onu təhqir etdiyi görünür. Məlum olub ki, cinayətkar 14 yaşlı yeniyetmənin "gey" olduğundan şübhələndiyi üçün onu öldürmək qərarına gəlib. Əhməd isə ölümündən əvvəl “anamı görmək istəyirəm” deyib.

Hazırda qatilin kimliyinin müəyyənləşdirilməsilə bağlı istintaq gedir.

Qeyd olunub ki, 14 yaşlı yeniyetmə “Instagram”ın yerli ulduzu olub. O, İraq cəmiyyətindəki gender stereotiplərinə zidd olan fotolar paylaşıb və saçını uzun saxlayıb.

Açar sözlər: #İraq   #gay   #Video   #qətl  

Oxunub: 14815