Donuz qripi yenidən qayıtdı - Hindistanda 56 nəfər ölüb


14:08     13 Oktyabr 2018 donuz%20qripi00.jpg

Hindistanının Mumbay şəhərində 12 gün ərzində 56 nəfər donuz qripindən dünyasını dəyişib.

Bu barədə Hindistanın yerli mətbuatında xəbərlər yer alıb. Xəbərlərə görə, bu ay donuz qripi kimi də tanınan H1N1 virusu səbəbindən 56 nəfər ölüb. Digər tərəfdən, H1N1 virusu şübhəsiylə müalicə altına alınan 51 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilib. Yanvar ayından bu yana donuz qripi səbəbilə 90-dan artıq adamın həyatını itirdiyi bildirilib. Donuz qripi səbəbli ölümlərin ən çox bu ay baş verməsi diqqət çəkib. Səhiyyə Nazirliyi əhaliyə gigiyena mövzusunda xəbərdarlıq edir, bir çox bölgədə mindən çox ev dərmanlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 429