Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası
14:28 13 Oktyabr 2018
Şəkidə, məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilib.
Komitədən Femida.az-a bildiriblər ki, müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edib, onlara yardım göstərib və məsləhətlər verib.
Bildirilib ki, ölkəmizdə səhiyyə sektorunun inkişaf etdirilməsi sosial sahədə dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi və onların ən müasir avadanlıqlarla təchiz olunması, səhiyyə işçilərinin peşə səviyyəsinin yüksəldilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir. Hər bir vətəndaş dövlət xəstəxanalarına müraciət edərək ödənişsiz müalicə və müayinə oluna bilər.
Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən tibbi xidmətlə təminatını daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlətimizin başçısının tapşığı ilə məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tibb məntəqəsi yaradılır və sakinlərin istifadəsinə verilir.
Aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 100 nəfərdən çox məcburi köçkünü müayinə edib. Ağır xəstələr və cərrahiyyə əməliyyatına ehtiyacı olanlara Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib.
Şəki şəhərində növbəti sağlamlıq aksiyasının məcburi köçkün ailələrinin yaşadığı Turan qəsəbəsində keçirilməsi planlaşdırılır.
Femida.az
Oxunub: 647
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb