Nazirin qəbul vaxtı dəyişdi


18:10     13 Oktyabr 2018 Mikayil_Jabbarov_new.jpg

Vergilər naziri Mikayıl Cabbarovun oktyabrın 15-də Beyləqan rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulu təxirə salınıb. Həmin gün, saat 10:00-da nazir Şəmkir rayonunda qəbul keçirəcək.

Femida.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Beyləqandakı qəbulun yeni tarixi barədə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 504