Keşişin azad edilməsi heç bir razılaşma əldə olunmayıb - Tramp


22:01     13 Oktyabr 2018 tramp%20(1).jpg

ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Ağ evin Oval kabinetində ötən gün Türkiyə məhkəməsi tərəfindən azad olunan amerikalı keşiş Endryu Bransonla görüşəcək.

Amerika lideri bunu öz "Twitter" səhifəsində yazıb.

O həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi köməkliyə görə təşəkkürünü bildirib:

"Türkiyənin azad etdiyi keşiş Branson 14:30 (Bakı vaxtı ilə 22:30-da) Oval kabinetdə mənimlə görüşəcək. Onu görmək və söhbət etmək çox xoş olacaq. O, belə çətin təcrübə keçmiş möhtəşəm bir xristiandır. Prezident Ərdoğana göstərdiyi köməkliyə görə təşəkkür etmək istəyirəm".

Tramp əlavə edib ki, ABŞ Türkiyə hakimiyyəti ilə Bransonun azad olunması müqabilində hər hansı bir razılaşma əldə etməyib.

"Keşiş Endryu Bransonun azad edilməsi və geri qaytarılması barədə Türkiyə ilə heç bir razılaşma olmayıb", - deyə o bildirib.

Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı keşiş Endryu Branson oktyanrın 12-də azadlığa buraxılıb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 458