Şəkidə yaşlı kişini maşın vurdu


11:47     14 Oktyabr 2018 piyada5.jpg

Ötən gün axşam saatlarında Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az report-a istinadən bildirir ki, rayonun 1964-cü il təvəllüdlü Qoxmuq kənd sakini Çəbiyev Rövşən Vahid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 54 yaşlı R.Çəbiyevin rayonun Baltalı kənd inzibati ərazisində avtomobillə vurularaq ağır xəsarətlər aldığı məlum olub. Ona qapalı kəllə-beyin travması, hər iki aşağı ətrafın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı və bədənin çoxsaylı əziyi xəsarətləri dioqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 338