18 yaşlı oğlanı 15 yaşlı dostu güllələyib - Şabrandakı hadisənin təfərrüatı
13:33 14 Oktyabr 2018
Oktyabrın 13-də Şabran rayonu Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Məmmədi oğlu Şıxəliyevin ölümünün təfərrüatı məlum olub
“Qafqazinfo”nun məlumatına görə, araşdırma nəticəsində Mahir Şıxəliyevi dostu, 2003-cü il təvəllüdlü Elçin Gülbaba oğlu Bağırovun ehtiyyatsızlıqdan güllələdiyi müəyyənləşib.
Belə ki, mərhum ovladığı quşları bişirən zaman dostuna bildirib ki, tüfəngi ona gətirsin. E. Bağırov tüfəngi Mahirə gətirən zaman əli tətiyə ilişib, atəş açılıb. Nəticədə, güllə Şıxəliyevin sağ tərəfdən sifət nahiyyəsinə dəyib.
Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada ölüb.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Oxunub: 580
Oxşar xəbərlər
- 18 yaşlı tələbəni iş yoldaşı öldürübmüş
- 18 minədək şagird buraxılış imtahanı verdi
- 18 aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
- 18 bioloji qida əlavəsinin qanunsuz satışının qarşısı alınıb
- 18-25 yanvarda sərt karantin bölgələrinə giriş-çıxışa necə icazə veriləcək?
- 18 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı
- 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
- 18 məhkumda koronavirus aşkarlandı
- 18 və 19 iyunda keçirilən imtahanların nəticələri elan olunub
- 18:00-dan sonra gizlicə işləyən restoran aşkarlandı