Dünyanın ən iri şirkətlərindən biri Türkiyəni tərk edir
14:12 14 Oktyabr 2018
Dünyanın ən iri dəniz limanı operatorlarından sayılan "APM Terminals" şirkəti Türkiyə bazarını tərk edir.
Femida.az bildirir ki, virtualaz.org Türkiyədə dərc edilən "Dünya" qəzetinə istinadən xəbər verir ki, 2012-ci ildə bu ölkədə işə başlamış şirkət "Petlim"lə bağlanmış müqaviləyə əsasən, türk şirkətini 28 il ərzində işlətməli idi.
Hollandiyanın "APM Terminals" şirkətinin qərarı ilə bağlı yazıda deyilir: "22 min nəfərə yaxın işçisi olan və dünyanın 50 ölkəsində işləyən "APM Terminals" mənzil-qərargahı Danimarkada yerləşən "AP Moller-Maersk Group"un bir hissəsidir".
Mənbə əlavə edir ki, "APM Terminals" Türkiyədə sahib olduğu aktivləri "Petlim"in sahibi olan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq niyyətindədir. Bu sövdələşmə baş tutarsa, "SOCAR Turkey Enerji" şirkəti "APM Terminalleri Liman İşletmeciliği"nin səhmlərinin 100 faizinə sahib olacaq.
Hollandiya şirkətinin işlətdiyi və İzmirdə yerləşən "Petlim" limanı 700 metr uzunluğundadır və Türkiyənin ən böyük 3-cü konteyner mərkəzidir.
Oxunub: 609
Oxşar xəbərlər
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyanın ən varlı ailələrinin siyahısı - Açıqlandı
- Dünyanın göz yumduğu rəzalət və pozitiv nümunədə Azərbaycan
- Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
- Dünyanın ən uca binası üzərində Azərbaycan bayrağı proyeksiya olunub - VİDEO
- Dünyanın ən iri təyyarəsi Bakıda eniş etdi
- Dünyanın ən məşhur robotları Bakıya gələcək
- Dünyanın ən varlı insanı bir gündə 6,9 milyard dollar itirib
- Dünyanın ən nadir və qəribə xəstəlikləri
- Dünyanın ən xoşbəxt uşaqları bu ölkədə yaşayır