İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi


15:16     14 Oktyabr 2018 18_10_14_1539513805.jpg

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsindən ölənlərin sayı 2091 nəfərə qədər artıb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı İndoneziya əyalət nümayəndəsi təsdiqləyib.

"12 Oktyabrda geniş miqyaslı axtarış və xilasetmə əməliyyatlarının bitirilməsinə baxmayaraq, xilasedicilər təmizlik işləri apararkən hələ də ölü meyitləri ilə qarşılaşır", - əyalət nümayəndəsi bildirib.

Milli Fəlakət Təşkilatının məlumatına görə, yaralananların ümumi sayı 10.600 nəfərdir. Onlardan 2500 nəfər ağır vəziyyətdədir. Cəmi 680 nəfər itkin düşüb. 87 mindən çox yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Açar sözlər:

Oxunub: 498