"ASAN Kadr"ın təlimlərindən sonra 88 gənc işə qəbul olunub


17:43     14 Oktyabr 2018 2018/10/FB_IMG_1539494499874_1539518853.jpg


ASAN Konüllüluk Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən keçirilən "SMM 2018 Business Breakfast" layihəsi başa çatıb. Layihənin rəhbəri Ləman Əhmədova 2 ay müddətində görülən işlər, layihənin nəticələri və növbəti planlar barədə Femida.az-a açıqlama verib:

"Layihəyə bundan 3 il əvvəl start vermişik. 2016-cı ildə başlayanda əmək bazarında SMM mütəxəssisləri az idi. Bunu nəzərə alaraq belə bir layihə başlatdıq ki, bazar üçün lazım olan mütəxəssisləri formalaşdıraq. Birinci il 50, ikinci il 60, üçüncü, yəni bu il daha 60 nəfər layihəyə cəlb olundu. Bu isə ümumilikdə 170 nəfər deməkdir. Müxtəlif vaxtlarda müxtəlif profillərdən olan təlimçilər iştirakçılara təlimlər keçdi. Birinci il 12, ikinci il 15, üçüncü il isə 17 təlimçi var idi. Layihənin mahiyyəti budur ki, birinci nəzəri hissə keçirilir, sonra iştirakçı gənclər 10 gün ərzində müxtəlif şirkətlərdə təcrübədə olur və öyərndiklərini tətbiq edirlər”.

L. Əhmədova layihə nəticəsində gənclər üçün böyük iş imkanlarının açıldığını qeyd edib:

"SMM Business Breakfast" gənclərə iş sektorunda geniş ətraf mühit qazandırır, əlaqələr yaranır. Təsadüfi deyil ki, birinci il layihənin iştirakçısı olan 50 nəfərdən 42-i, ikinci il 60 nəfərdən 46-ı (ümumilikdə 88) müxtəlif şirkətlərdə işə qəbul olundular. Bu il daha artıq nəticə gözləyirik. Onu da qeyd edim ki, birinci və ikinci illərdə komandalar birləşərək özlərinin SMM şirkətini açıblar. Artıq layihə əsnasında 4 şirkət yaranıb və özləri sərbəst şəkildə SMM xidməti göstərirlər”.

“Layihə növbəti ildə də davam etdiriləcək və başqa bir profildə həyata keçiriləcək. Onu da qeyd edim ki, növbəti il keçiriləcək layihədə jurnalistlərin də iştirakı nəzərdə tutulub”, - deyə L.Əhmədova qeyd edib.

Femida.az

Amin Nəzərli

Açar sözlər: #Asan   #ASAN_xidmət   #asan_kadr   #iş  

Oxunub: 1236