Ermənilərin Qarqar çayına axıtdığı mina zərərsizləşdirildi
19:38 14 Oktyabr 2018
Ağdam rayonunda Qarqar çayından tapılan partlamamış mina zərərsizləşdirilib.
Femida.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu tərəfindən Qarqar çayı vasitəsilə axıdılan piyada əleyhinə mina ANAMA-nın əməkdaşları tərəfindən partlayış yolu ilə məhv edilib.
ANAMA-nın region üzrə qrup rəhbəri Elməddin Mirzəyev bildirib ki, ərazidə aşkar olunan mina barədə yerli əhali tərəfindən Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. ANAMA-nın mobil əməliyyat qrupu tərəfindən əraziyə baxış keçirilib. Ermənistan istehsalı olan bir ədəd piyada əleyhinə TMM minasının daşınması mümkün olmadığından mütəxəssislər tərəfindən yerindəcə zərərsizləşdirilib.
Qeyd edək ki, kənd sakinləri həmin ərazidə mal-qara otarır. Partlamamış döyüş sursatları erməni hərbçiləri tərəfindən əraziyə tez-tez axıdılır.
Femida.az
Oxunub: 582
Oxşar xəbərlər
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilərin hərbçilərimizə verdikləri işgəncələrlə bağlı hesabat hazırlandı
- Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı
- Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin Xocavənddə atıb qaçdıqları “İQLA” zenit-raket kompleksi aşkarlanıb
- Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ