Nurməhəmmədov Floyd Meyvezeri rinqə dəvət etdi


21:04     14 Oktyabr 2018 18_10_14_1539536746.jpg

Rusiyanı təmsil edən Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri rinqə dəvət edib. Bu barədə boks meneceri Decuan Bleyk sosial şəbəkədə məlumat yayıb.

"Gəl, Floyd! Mən döyüşməyə hazıram. Sənin 50 qələbən mənim 27 qalibiyyətimə qarşı", —Nurməhəmmədov bildirib, lakin bununla belə, qarşılaşmanın hansı qaydalar çərçivəsində olacağını açıqlamayıb.

"Bu cəngəlliklərdə yalnız bir kral var, o da, əlbəttə ki, mənəm", - deyə Həbib bildirib və əlavə edib ki, Meyvezer Makqreqoru rinqdə təslim edə bilməyib, mən isə bunu asanlıqla etdim. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 498