Güləşçimiz olimpiya çempionu olub
09:16 15 Oktyabr 2018
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Femida.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Bayramov mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. O, növbəti qarşılaşmada Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub.
Beləliklə, Bayramov olimpiadanın finalına vəsiqə qazanıb. Yeniyetmə pəhləvan finalda B qrupunun qalibi olan iranlı ilə qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabı ilə qalib gəldiyi güləşçini olimpiadanın həlledici görüşündə də yenən Bayramov olimpiya çempionu olub.
A qrupu
Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (Yeni Zelandiya) - 10:0
Turan Bayramov - İnayət Ullah (Pakistan) - 8:0
FİNAL. Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İran) - 6:1
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medal qazanıb.
Oxunub: 416
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"