Bakıda xalçayuma sexi yandı


09:31     15 Oktyabr 2018 yangin_38673636.jpg

Bakıda xalçayuma sexi yanıb.



FHN-dən Femida.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 300 kv.m olan tikilinin (xalçayuma sexi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və qurutma hissəsində olan əşyalar yanıb.

Tikilinin qalan hissəsi və digər əşyalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 441