Sürüşmə zonasında SON VƏZİYYƏT

Sürüşmə zonasında SON VƏZİYYƏT


09:51     15 Oktyabr 2018 trend_surusme_bayil.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargah sürüşmə ərazisi ilə bağlı növbəti məlumat yayıb.



Femida.az xəbər verir ki, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən sahədə nisbi stabillilik qalmaqdadir. Sürüşmə kütləsi üzərində vizual hiss olunan dəyişiklik baş verməyib. Kütləni təşkil edən pozulmuş süxurların ara-sıra yamac boyu hərəkəti qeydə alınıb. Sürüşmənin dinamikasını nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına gips mayaklar qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 186