İki casus iranlı komandiri qaçırmaq istədi (FOTO)


22:56     10 Oktyabr 2015 374604.jpg

Türkiyəyə qaçıb Birləşmiş Millətlər Təşkilatından müvəqqəti sığınacaq istəyən iranlı yüksək vəzifəli müxalif bir komandir casusların hədəfi olub.


Müxalif komandiri İrana qaçırmaq istəyən iki agent Vanda hazırlıq görərkən reallaşdırılan əməliyyat nəticəsində tutulub.

Yüksək vəzifəli iranlı müxalif komandir may ayında ölkəsindən qaçaraq Türkiyəyə sığınıb. Ölkəsindəki təzyiqlər səbəbindən sərhədi qaçaq olaraq keçib Türkiyəyə girən və adı təhlükəsizlik səbəbindən açıqlanmayan iranlı komandir qorunmaq üçün BMT-yə müraciət edərək müvəqqəti sığınacaq tələb edib.

Təxminən beş aydır Vanda etibarlı bir evdə saxlanılan iranlı komandirin yerini öyrənən İran kəşfiyyatı ötən ay hərəkətə gələrək Türkiyəyə iki casus göndərdi. Van üzərindən Türkiyəyə daxil olan Abdolsalam Tatarı və Mohammad Mohammadıan Delahzı müxalif komandirin qaldığı yeri təyin etmək üçün işlərini davam etdirərkən kəşfiyyat qüvvələrinin texniki təqibinə ilişib.

İki İran agentinin fəaliyyətlərini bir müddət izləyən kəşfiyyatçılar polis və prokurorluq qaynaqlarını məlumatlandırıblar. Lazımlı işlərin ardından sentyabrın 13-də polislə koordinasiyalı olaraq reallaşdırılan əməliyyatda Abdolsalam Tatarı və Mohammad Mohammadıan Delahzı nəzarətə alınıb.

Abdolsalam Tatarı ifadəsində deyib: "Mən İranda əkinçiliklə məşğul olan bir adamam. Maddi vəziyyətim çox yaxşı deyil. Mən Mohammadı yaşadığım yerdən tanıyıram.

Bir gün yanıma gəlib iranlı bir kəşfiyyat vəzifəlisi ilə görüşdüyünü söylədi. Türkiyəyə qaçan yüksək vəzifəli bir hərbçinin İrana gətirilməsi qarşılığında yüksək miqdarda pul verəcəyini söylədi. Mənim də vəziyyətim pis olduğu üçün təklifi qəbul etdim. Hərbçinin Vanda yaşadığı məlumatı verildi. Bu səbəbdən Türkiyəyə gəldik".

Tatarı və Mohammadıan Delahzı ifadələrinin ardından çıxarıldıqları məhkəmə tərəfindən həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxıldılar.

Kəşfiyyat qüvvələri sərbəst buraxılan Tatarı və Mohammadıan Delahzını təkrar izləməyə başlayıb. İki agentin görüşlərini və işlərini izləyən kəşfiyyat qüvvələri ikilinin qaçaqçılarla birlikdə Vandakı Başqala üzərindən İrana qaçacaqlarını müəyyən edib.

Bu səbəbdən iki agent sərbəst buraxıldıqdan bir həftə sonra İran sərhədində yenidən tutularaq nəzarətə alınıb.



Açar sözlər:

Oxunub: 969