Həbib erməni idmançını darmadağın etdi - Video
10:24 15 Oktyabr 2018
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun illər öncə erməni idmançısı Aşot Şahinyanla döyüşünün kadrları yayılıb.
2011-ci ilin mayın 6-da “Union Nation Cup 15” turniri çərçivəsində baş tutan döyüş Həbibin açıq-aşkar üstünlüyü ilə başa çatıb.
Döyüş zamanı Həbib erməni rəqibinə ona bir zərbə də vurmağa imkan verməyib. Həbibin zərbələrinə davam gətirə bilməyən Şahinyan isə onun qabağından qaçmaqla canını qurtarmağa çalışıb.
Döyüş ilk raundun 2-ci dəqiqəsində erməni idmançısının nokauta düşməsi ilə başa çatıb.
Maraqlıdır ki, ağır zərbələr almasına və açıq-aşkar Həbibə uduzmasına rəğmən, Şahinyan hakimin qərarına etiraz da etməyə özündə həya tapıb və nəticə elan olunmazdan öncə nümayişkaranə şəkildə rinqi tərk edib.(axar.az)
Oxunub: 19703
Oxşar xəbərlər
- Həbib Nurməhəmmədovun atası vəfat etdi
- Həbib Nurməhəmmədov: "Növbəti rəqib Ferqyusondur!"
- Həbib Nurməhəmmədov: "Kişi olmaq çox çətindir"
- Həbib Nurməhəmmədov aparıcılığa başlayır
- Həbib Nurməhəmmədov yarışlardan kənarlaşdırıldı
- ŞOK! Həbib Nurməhəmmədova qalib gələn azərbaycanlı idmançı öldü - VİDEO
- Həbib Nurməhəmmədov “İlin idmançısı” seçildi
- Həbib Nurməhəmmədov karyerasını bitirir
- Ərdoğan yeni aeroportda Həbiblə görüşdü – Video
- Həbib Nurməhəmmədovun atası Makqreqora bu VİDEONU göndərdi