Əbdülməcidin 25-ci yaşı

Əbdülməcidin 25-ci yaşı


11:40     15 Oktyabr 2018 2018/10/22713507_1071819259620010_8858049058287463189_o_1539589298.jpg

...Aprel döyüşləri davam etdiyi zaman hadisələrin içərisində olduğumdan baş verənləri diqqətlə izləyirdim. Mətbuatda qarşıma “məmur övladı şəhid oldu ” başlıqlı yazılar çıxdı. Təbii ki, bu xəbər diqqətimi cəlb etmişdi. Özlüyümdə həmin məmurun kim olduğu, şəhid övladının həyat yolunu araşdırmaq qərarına gəldim.

Döyüşlər bitdikdən sonra şəhidin yaşadığı Sumqayıt şəhərinə yollandım. Yolun kənarında dayanan məktəblilərdən şəhid Əbdülməcidin yaşadığı ünvanı soruşduqda onlar böyük fəxr hissi ilə qarşısında dayandıqları məktəbi göstərib “bizim məktəbdə oxuyub, Məcid. Evlərinin də yerini hər kəs bilir. Sizi ora apararıq”, dedilər.
Bəli, Əbdülməcidin qəhrəmanlığı, adı yaşadığı Sumqayıtda və küçədə bir əfsanəyə çevrilmişdi. Hər kəs onu nümunə kimi görürdü. Yaşından, cinsindən asılı olmayaraq...

Artıq Əbdülməcidin yaşadığı mənzildə idim. Gələnlər-gedənlər hələ də var. Şəhid anasını ziyarətə gələnlərin böyük əksəriyyəti onun tanımadığı şəxslərdən. Onlar Azərbaycanın rayonlarından, şəhərlərindən gələn gənclər idi. Şəhid anası bu mənzərə ilə artıq yaçadığını və gənclərin şəhidə belə qiymət verməsindən qürurlandığını deyir.

...Hələ o zamanlar şəhidin anası Ceyran Axundova ilə tanışlığımız yox idi. Müsahibəyə başlamzadan öncə Ceyran anadan mətbuatda yazılan “məmur övladı şəhid oldu” başlıqlı yazı ilə bağlı soruşdum. Ceyran ana gülümsənərək “Şəhidlər bu cür kiçik evlərdən çıxır. Mən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisi vəzifəsində çalışıram. Hamı kimi sadə bir ailəyik”, cavabını verdi.

Kiçik bir evdə Azərbaycana səs salacaq belə böyük övlad böyütmək qəhrəmanlıq deyilmi?...

Ceyran xanımla müsahibədən sonra bu ailə ilə sıx dostluq münasibətlərimiz yarandı. Sadə, səmimi bir ailənin dərdi nə qədər böyük olsa da, insanların qarşısında mərdi-mərdanə dayanmağı bacarırdı bu ana. Bu gün Şəhid Əbdülməcidin doğum günüdür. Ailəsi, dostları ilə 25 yaşını qeyd edəcəkdi... Əbdülməcid cismən bizimlə olmasa da, ruhən yaşayanlardandır.Axı Şəhidlər ölmür... Bu gün Əbdülməcidi yaşadacaq filmlər,yazılar,şeirlər var.

İnsanları birləşdirən qəhrəman Əbdülməcid Axundov kimdir?

Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr tarixində Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.
Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə şəhid olub.
Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


Miri Məcidli
Femida.az




Açar sözlər: #Əbdülməcid_Axundov   #Şəhid   #Sumqayıt   #Aprel_döyüşləri  

Oxunub: 5924