İnam Kərimov vətəndaşlarla görüşəcək


11:37     15 Oktyabr 2018 inam79.jpg

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 19 oktyabr 2018-ci il tarixində, saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 397