Şabranda yeniyetmə qonşusunu öldürdü - Əsgərliyə gedəcəkdi


12:27     15 Oktyabr 2018 2018/10/tufeng_1539592490.jpg

Oktyabrın 13-də Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb.


DİN-dən Femida.az-a verilən xəbərə görə, polis və prokuroluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə M.Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

Yeniyetmə saxlanılıb, “TOZ-12” və “İJ-16” markalı tüfənglər maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, yayılan məlumatlarda Mahir Şıxəliyevin bir neçə gün sonra hərbi xidmətə yola düşəcəyi deyilirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1850