İcazəsiz ova cəhd edənlər saxlanıldı
12:40 15 Oktyabr 2018
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.
Femida.az xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.
Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağında isə adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin götürülüb.
Araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Yaqub Qurbanov olduğu müəyyən edilib.
Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.
Femida.az
Oxunub: 329
Oxşar xəbərlər
- İcazəsiz ov edən şəxslər saxlanılıb
- İcazəsiz ov edən şəxs saxlanılıb
- İcazəsiz ova cəhd edənlər saxlanıldı
- İcazəsiz ov etmək istədi - Nazirlik 2000 manat cərimələdi
- İcazəsiz balıq ovlayan şəxslər saxlanıldılar
- İcazəsiz ov etmək istəyən 3 nəfər saxlanıldı
- İcazəsiz ov etmək istədi - Nazirlik 1000 manat cərimələdi
- İcazəsiz ov edənlər tutuldu
- İcazəsiz balıq ovladı - Cərimələndi
- İcazəsiz balıq ovlayan şəxslər saxlanıldı