Arvad ərinin qətlini sifariş etdi - Lerikdəki müəmma dolu qətlin təfərrüatı
12:55 15 Oktyabr 2018
Lerik rayonunda meşədə meyiti tapılan şəxsi öldürməkdə şübhəli bilinənlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a bildirilib ki, bu il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1781
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır