Qadınları qarət edən şəxs tutulub


14:22     15 Oktyabr 2018 2018/09/canta-ogurluq-qadin_1537348916.jpg

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Z.Bəkirovanın çantasından içərisində 300 manat, 50 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey tutulub.



DİN-dən Femida.az-a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 420