Azərbaycanlı qadınları Rusiyaya satan şəxs həbs edildi
14:50 15 Oktyabr 2018
Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Məhkəmənin qərarı ilə Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “İnterpol” xətti ilə axtarışda olan Bakı şəhər sakini Elçin Heydərov bu ilin fevralında Ukraynada tutulub. Onun barəsində məhkəmə araşdırması aparılandan sonra bu günlərdə Azərbaycana göndərilib.
Elçin Heydərovun barəsində 2017-ci ildə axtarış elan edilib.
Məlum olub ki, o, mütəşəkkil dəstənin tərkibində Azərbaycan vətəndaşı olan qadınları Rusiya və Ukraynaya aparmağı təşkil edib. Orada mütəşəkkil dəstənin üzvləri ilə birlikdə həmin qadınları kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə ediblər. / oxu.az
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib