Bakının yollarından birində hərəkət bərpa olunur
14:48 15 Oktyabr 2018

Ziya Bünyadov prospekti kənar yol ilə Azadlıq prospektinin kəsişməsindəki dairədə hərəkət bərpa ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, Bu, yol infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanan layihənin icrası sayəsində mümkün olub.
Dəyişikliyə əsasən, Atatürk prospektindən Ziya Bünyadov prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələri Azadlıq prospekti və mərkəz istiqamətində hərəkətlərini davam etdirə və ya geriyədönmə əməliyyatını həyata keçirə bilərlər. Ziya Bünyadov prospekti ilə 20 Yanvar və Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat vasitələri də Azadlıq prospekti - Binəqədi şosesi istiqamətində hərəkətlərini davam etdirə biləcəklər. Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində isə (Atatürk prospekti istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti svetofor vasitəsi ilə nizamlanacaq.
Sürücülərdən qeyd edilən ərazidə hərəkət edərkən svetoforun və yol nişanlarının tələbinə riayət etmələrini xahiş edirik.
Femida.az
Oxunub: 249
Oxşar xəbərlər
- Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub
- Bakının bu yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
- Bakının Nizami rayonunda su kəsiləcək
- Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək
- Bakının mərkəzində 350 minlik "Maybach" dəhşətli qəza törətdi - VİDEO
- Bakının rabitə operatorunun internet şəbəkəsində texniki problemlər yaranıb
- Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı, işgəncə verdi
- Bakının üç küçəsində qaz təchizatı dayandırılıb
- Bakının bu küçəsi təmir edilir
- Bakının köhnə binalarında 542 lift quraşdırılacaq