Xəstəsi ölən həkimi bu cəza gözləyir – HƏKİMLƏRİN DİQQƏTİNƏ!

Xəstəsi ölən həkimi bu cəza gözləyir – HƏKİMLƏRİN DİQQƏTİNƏ!


15:17     15 Oktyabr 2018 2018/10/doctor1_1539602333.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu xəstəyə kömək göstərməyən tibb işçisinin məsuliyyəti ilə bağlıdır.




Femida.az Cinayət Məcəlləsinə istinadən xəbər verir ki,qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Miri Məcidli
Femida.az

Açar sözlər: #həkim   #ölüm   #femida   #hüquq   #polis  

Oxunub: 2497