Türkiyədə dəhşətli terror - Ölü sayı 86-ya çatdı (Yenilənib)


00:42     11 Oktyabr 2015 1444468875622.jpg

Ankarada dəmir yolu stansiyası yaxınlığındakı yol qovşağının altında törədilmiş partlayışda həlak olanların sayı 86 nəfərə çatıb.


Hökumət üzvlərinin məlumatına görə, 186 yaralı xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna deyil.

Türkiyənin dövlət və hökumət rəhbərləri, siyasi partiya başçıları da daxil olmaqla ölkə ictimaiyyəti terror aktına kəskin etiraz ediblər. Bildirilir ki, bu terror hadisəsi Türkiyədə milli birliyə və sabitliyə yönəldilmiş təcavüzdür. Məqsəd ölkədə vətəndaş qarşıdurması yaratmaqdır.

***

Bu gün Ankarada səhər saatlarında törədilən dəhşətli terror aktının qurbanları artmaqdadır. Femida.az-ın verdiyi xəbərə görə, canlı itkilərin sayı artıq 30-u keçib. Son məlumatlara görə, yaralı sayı 126-dır.

Güclü partlayışlar dəmir yoluna aparan estakadanın altında həmkarların müharibə əleyhinə aksiya keçirmək üçün toplaşdıqları zaman baş verib.

Terror aktının “canlı bomba” (kamikadze) tərəfindən törədildiyi istisna edilmir.
Dəhşətli parlayışın ilkin görüntüləri bu videoda.


****

Bu gün Ankarada dəhşətli terror aktı törədilib. Femida.az-ın məlumatına görə, səhər saatlarında ar-arda törədilən bomba parlayışları nəticəsində ən azı 30 nəfər həlak olub, xeyli yaralı var. Ölənlərin sayının artacağı istisna edilmir.

Güclü partlayışlar dəmir yoluna aparan estakadanın altında baş verib. Bombalar ərazidəki küçəyə dövlət qulluqçuları konfederasiyası tərəfindən təşkil edilən, müharibə əleyhinə mitinqin iştirakçıları gəlməyə başlarkən işə salınıb.

Terror aktının hansı qüvvə tərəfindən törədildiyi dəqiqləşdirilir. Partlayışın “canlı bomba” tərəfindən həyata keçirildiyi də mümkün hesab edilir.

Açar sözlər:

Oxunub: 869