Qanunsuz ov edənlərə 120 min manata yaxın cərimə yazılıb


16:43     15 Oktyabr 2018 qanunsuz%20ovcu.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

Femida.az xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.

Hazırda reydlər davam etdirilir.

Femida.az

Açar sözlər: #ov   #ekologiya   #cərimə  

Oxunub: 381