Daha bir erməni futbolçu "Qarabağ"la oyuna gəlmir


17:11     15 Oktyabr 2018 18_10_15_1539608780.jpg


"Vorskla" klubunun yarımmüdafiəçisi Qeqam Kadimyan Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la keçirəcəkləri oyun üçün ölkəmizə gəlməyəcək.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, buna səbəb onun zədəli olmasıdı. Çiynindən zədə alan erməni futbolçunun nə vaxt sağalacağı bilinmir.

Bundan başqa "Vorskla"nın daha 4 üzvü - Denis Vasin, Aleksandr Kobaxidze, Dmitri Kravçenko və Artur zədə səbəbindən Bakıya gəlməyəcək.

Qeyd edək ki, "Arsenal"ın erməni yarımmüdafiəçisi Henrik Mxitaryan da "Qarabağ"la oyuna gəlməmişdi./qaynarinfo

Femida.az

Açar sözlər:

Oxunub: 487