Sürüşmə zonasında seysmik stansiyalar quraşdırılıb


17:25     15 Oktyabr 2018 18_10_15_1539609964.jpg

Bakı şəhəri Səbail rayonunda, Badamdar 20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirirlər.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Femida.az-a daxil olan məlumata görə, hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.

Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan təhlil edildikdən sonra, ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq hökümətə təqdim ediləcək.

Açar sözlər:

Oxunub: 331