2 yaşlı uşağı zorlayan xalqın gözü qarşısında asıldı - FOTO


17:31     15 Oktyabr 2018 2018/10/44099139_1980524932006962_6910781019838742528_n_1539610346.jpg

2 yaşında uşağı zorlayıb, daha sonra öldürən Mustafa Qəmər məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.


Hadisə İraqda baş verib.Bağdad məhkəməsi 2 yaşındakı uşağı zorlayıb, qətlə yetirən Mustafa Qəmər barəsində ölüm hökmü çıxarıb. Məhkəmə hökmü çıxarılan prosesdə İraqın daxili işlər naziri Qasım Əl-Araci də iştirak edib. Məhkəmə hökmündən sonra qatillə qısa söhbət edən nazir ona bu sözləri deyib: “Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?!” Edam cəzası Bağdadın mərkəzi küçələrindən birində xalqın qarşısında həyata keçiriləcək.
Qeyd edək ki, bu, 2003-cü ildən sonra ilk edam cəzası olacaq.

Açar sözlər:

Oxunub: 1666