Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub


20:13     15 Oktyabr 2018 18_10_15_1539610915.jpg

2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir.

Femida.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulmuş 9 milyard dollar investisiyanın 5,6 milyard dolları məhz qeyri-neft sektorunun payına düşür.

Femida.az

Açar sözlər:

Oxunub: 549