Badamdarda son vəziyyət - Evlərin hasarları uçub


20:56     15 Oktyabr 2018 trend_surusme_bayil.jpg

Badamdarda sürüşmə ərazisində aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Femida.az-a verilən məlumata görə, ərazidə gərginlik qalmaqdadır.

Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 385