Partlayışda Azərbaycan vətəndaşları xəsarət almayıb - RƏSMİ
21:14 10 Oktyabr 2015
Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə informasiya hələ daxil olmayıb. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.
Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.
Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.
Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.
Oxunub: 900
Oxşar xəbərlər
- Partlayışda yaralanan 5 nəfər evə buraxılıb
- Partlayışdan sonra qaz problemi yoxdur - `Azəriqaz`
- Partlayışda yaralanan daha bir nəfər evə buraxılıb
- Partlayışda xəsarət alanlardan ikisi evə buraxıldı
- Partlayışda ölənlərin 13-ü əcnəbidir - SİYAHI
- Partlayışda yanan 95 yaşlı veteran öldü
- Partlayışda ölən və yaralananların adları
- Partlayışda HDP-li namizəd öldü
- Partlayışda ölən qadının kimliyi məlum oldu - RƏSMİ (ÖZƏL)